Türkiyədə səkkiz nəfəri öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı
Dünya
1501
05 Nov 2026 | 22:50

Türkiyədə səkkiz nəfəri öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı

Türkiyənin Afyonkarahisar vilayətinin İhsaniye rayonunda səkkiz nəfəri öldürdükdən sonra qaçan şübhəli Ali Sefa Özdemir Eskişehir vilayətinin Seyitqazi rayonunda saxlanılıb.

Moderator.az İHA agentliyinə istinadən xəbər verir ki, şübhəli şəxsin açdığı atəş nəticəsində iki jandarm əməkdaşı yüngül xəsarət alıb.

Ərazini mühasirəyə alan təhlükəsizlik qüvvələri şübhəliyə təslim olmaq barədə xəbərdarlıq ediblər. Lakin o, tüfənglə atəş açaraq cavab verib. Bundan sonra təhlükəsizlik qüvvələri əməliyyat keçirərək şübhəlini saxlayıblar.

Saxlanılan şəxs müvafiq prosedurların həyata keçirilməsi üçün polis bölməsinə aparılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər