FTB qurum rəhbərinin Rusiyaya səfərini təkzib edib
1481
14 Oct 2026 | 23:32

FTB qurum rəhbərinin Rusiyaya səfərini təkzib edib

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) qurumun rəhbəri Keş Patelin Rusiyaya gəlməsi barədə məlumatı təkzib edib.

Moderator.az xəbər verir ki, bu barədə qurumun “X” hesabında məlumat verilib.

““MS NOW” telekanalının məlumatına görə, iki mənbə Keş Patelin indicə Rusiyaya uçduğunu bildirib. Keş Patel əslində buradadır. O, Virciniya ştatındakı Liberti Universitetində hüquq-mühafizə orqanlarının əməkdaşlarına təşəkkür tədbirində iştirak edir. “MS NOW”un mənbələri heç nədən xəbərdar deyil!”, - məlumatda deyilir.

Qeyd edək ki, bundan əvvəl “MS NOW” telekanalı öz mənbələrinə istinadən Patelin danışıqlarda iştirak etmək üçün Rusiyaya getdiyini iddia etmişdi.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər