Netanyahu seçkidən əvvəl İrana zərbə endirməyin məqsədəuyğun olmadığını bildirib
Dünya
1482
14 Oct 2026 | 23:10

Netanyahu seçkidən əvvəl İrana zərbə endirməyin məqsədəuyğun olmadığını bildirib

27 oktyabrda İsraildə keçiriləcək parlament seçkilərindən əvvəl İrana qarşı qabaqlayıcı zərbə endirmək məqsədəuyğun deyil.

Moderator.az xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.

O, Tehrana seçki ərəfəsində İsrailə hücum edəcəyi təqdirdə sərt cavabla qarşılaşacağı barədə xəbərdarlıq edib.

Netanyahu qabaqlayıcı zərbə ehtimalına toxunaraq "bu, bizim üçün əlverişsizdir, yaxşı deyil", deyə qeyd edib.

O həmçinin siyasi rəqiblərin baş nazirin səsvermədən əvvəl hərbi münaqişə yaratmaq istədiyi ilə bağlı ittihamlarına cavab verdi.

Netanyahu deyib: "İran bizə raket atsa belə, mən günahlandırılacağam".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər