Makron Fransa Hərbi Dəniz Qüvvələrinin Reyunyon sahillərində bir tankeri saxladığını açıqlayıb
1463
12 Oct 2026 | 23:47

Makron Fransa Hərbi Dəniz Qüvvələrinin Reyunyon sahillərində bir tankeri saxladığını açıqlayıb

Fransa Hərbi Dəniz Qüvvələri Hind okeanında yerləşən Reyunyon adasının sahillərində bayrağının həqiqiliyinə dair şübhələr səbəbilə “DF Peak” tankerini saxlayıb.

Moderator.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron “X” hesabında məlumat verib.

“Bu gün səhər Reyunyon adasından 450 dəniz milindən çox cənubda hərbi dəniz qüvvələrimiz saxta bayraq altında üzdüyü ehtimal edilən “DF Peak” neft tankerini saxlayıb”, - o bildirib.

Makron onu da bildirib ki, bu tədbir “kölgə donanması” ilə mübarizə çərçivəsində həyata keçirilib.

Onun sözlərinə görə, əməliyyat beynəlxalq hüquqa uyğun aparılıb və Parisin qanunsuz ticarətin bütün formalarına qarşı mübarizə aparmaq niyyətini nümayiş etdirir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər