Türkiyədə bələdiyyə iclasında mübahisə davaya çevrildi - VİDEO
1430
12 Oct 2026 | 23:30

Türkiyədə bələdiyyə iclasında mübahisə davaya çevrildi - VİDEO

Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda bələdiyyə məclisinin aylıq iclası zamanı başlayan mübahisə yumruq davasına çevrilib.

Moderator.az xəbər verir ki, məlumatı İHA verib.

Tərəflərin bir-birinə su atması və ardınca fiziki qarşıdurmanın yaşanması kameralara düşüb.

Məlumata görə, Tahir Tarhan adlı bələdiyyə məclisi üzvü ilə Silopi bələdiyyəsinin sədri Jiyan Ormanlı arasında başlayan mübahisəyə sədr müavini Harun Kudayın da müdaxilə etməsi ilə gərginlik artıb.

İddia olunur ki, hadisə zamanı Tahir Tarhan Harun Kudayın üzünə su atıb. Kudayın da cavab verməsindən sonra mübahisə fiziki qarşıdurmaya çevrilib.

Görüntülərdə DEM Partiyasından olan bəzi bələdiyyə məclisi üzvlərinin də mübahisəyə qoşulduğu və Kudaya qarşı fiziki müdaxilənin baş verdiyi iddia edilir. Hadisə bələdiyyə məclisinin iclası zamanı lentə alınıb.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər