Paraqvayda tennis topu boyda dolu yağdı, təhlükə elan edildi
1575
04 Oct 2026 | 17:45

Paraqvayda tennis topu boyda dolu yağdı, təhlükə elan edildi

Paraqvayda baş verən şiddətli fırtına və təbiət hadisəsi ölkədə ciddi fəsadlara və böyük maddi ziyana yol açıb.

Moderator.az xəbər verir ki, ölkənin paytaxtı Asunsyon şəhəri və ətraf vilayətlər güclü tufan və böyük ölçülü dolunun təsirinə məruz qalıb.

Yağan dolunun ölçüsü tennis topu böyüklüyündə olub. Şiddətli dolu yağışı yüzlərlə avtomobilin ön və arxa şüşələrini parça-parça edib, maşınların kuzovlarını əzib və yaşayış evlərinin dam örtüklərini zədələyib.

Yerli kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, fırtına nəticəsində sıradan çıxan və zədələnən avtomobillərin, eləcə də zərər görən tikililərin sayı kifayət qədər çoxdur. Aidiyyəti qurumlar dəymiş ziyanın dəqiqləşdirilməsi istiqamətində iş aparır.

(musavat)

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər