Ciqan valideynlikdən məhrum oluna bilər
1434
04 Oct 2026 | 15:00

Ciqan valideynlikdən məhrum oluna bilər

Model və bloger Oksana Samoylova keçmiş reper əri Ciqanı valideynlik hüququndan məhrum etmək istəyir.
 
Moderator.az xəbər verir ki, blogerin bununla bağlı məhkəməyə müraciəti artıq qeydə alınıb. İşə hansı tarixdə baxılacağı isə hələ müəyyənləşdirilməyib.
 
Oksanının vəkili isə reperin valideynlik hüquqlarının hansı formada məhdudlaşdırılmasının tələb edildiyini açıqlamayıb.
 
Qeyd edək ki, repçi iyulda Moskvadakı evində işçilərini girov götürərək onlara atəş açıb. Hadisə zamanı Ciqanın övladları da evdə olub.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər