Hörmüz boğazında daha bir tanker vuruldu
1392
04 Oct 2026 | 14:30

Hörmüz boğazında daha bir tanker vuruldu

Hörmüz boğazında hərəkət edən tanker naməlum mərminin zərbəsinə məruz qalıb. Nəticədə gəminin maşın bölməsi zədələnib.
 
Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşınmaları Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
 
Gəminin kapitanı naməlum mərminin tankerin maşın bölməsinə dəydiyini bildirib.
 
Mövcud məlumata görə, heyət üzvləri təhlükəsiz yerdədir. Zərbəyə məruz qalan tankerin adı, qeydiyyat limanı və insidentin dəqiq baş verdiyi koordinatlar hələlik açıqlanmayıb.
 
Qeyd edək ki, UKMTO sentyabrın 30-dan oktyabrın 2-dək Hörmüz boğazında beş tankerin hücuma məruz qalması barədə məlumat yayıb.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər