Kiyevin 2027-ci il üçün hərbi planı: 108 milyard dollar və Qərbdən əlavə 25 milyard
Dünya
2063
04 Oct 2026 | 10:20

Kiyevin 2027-ci il üçün hərbi planı: 108 milyard dollar və Qərbdən əlavə 25 milyard

Ukraynanın 2027-ci il üçün planlaşdırılan hərbi xərcləri ölkənin ümumi büdcə gəlirlərini 30%-dən çox üstələyəcək.

Moderator.az TASS-a istinadla xəbər verir ki, Ukraynanın gələn il hərbi xərcləri 108,3 milyard dollar təşkil edəcək. Ölkənin öz gəlirlərinin isə 71,7 milyard dollar olacağı gözlənilir. Dövlət istiqrazlarının satışı, özəlləşdirmə və qrantlar da nəzərə alınmaqla, ümumi büdcə gəlirlərinin 82,9 milyard dollar olacağı proqnozlaşdırılır.

Bu hesablamalara əsasən, yalnız hərbi xərclərin maliyyələşdirilməsi üçün Ukraynaya əlavə 25,4 milyard dollar xarici maliyyə dəstəyi lazım olacaq.

Beləliklə, hərbi xərclərin ümumi büdcə gəlirlərinə nisbəti təxminən 131% təşkil edir. Bu isə Ukraynanın müdafiə xərclərinin maliyyələşdirilməsində xarici dəstəyin əhəmiyyətli rol oynayacağını göstərir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər