Dünya
1398
03 Oct 2026 | 16:52

"Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş

Bu həftənin əvvəlində uçuş zamanı ekipaj komandirinə hücum edən "Flydubai" sərnişin təyyarəsinin ikinci pilotu müstəntiqlərə təyyarəni İsraildə yerə çırpmağı planlaşdırdığını etiraf edib.

Moderator.az-ın xəbərinə görə, bu barədə "ABC News" telekanalı istintaqın gedişatı ilə tanış olan mənbələrə istinadən məlumat verib.

"Şübhəli insidenti araşdıran orqanlarla "əməkdaşlıq edir" və təyyarəni İsraildə yerə çırpmaq niyyətində olduğunu bildirib", - deyə məlumatda qeyd edilib.

"ABC News" iddia edir ki, pilotun şəxsiyyəti müəyyən edilib. Telekanalın mənbələri bildirirlər ki, bu, Suriya-Oman əsilli Oman vətəndaşı, 29 yaşlı Hamam əl-Hammamidir.

Xatırladaq ki, sentyabrın 3-da Dubaydan Təl-Əvivə uçan təyyarənin ikinci pilotu göyərtənin komandirinə standart "qəza baltası" ilə hücum edib və təyyarənin idarəetməsini öz əlinə almağa çalışıb. Təyyarə yarım dəqiqə ərzində 4.5 kilometr hündürlük itirib, lakin fəlakətin qarşısını almaq mümkün olub.

BƏƏ-nin baş prokuroru Hamad Seyf əl-Şəmsinin bəyanatına görə, "Flydubai"nin göyərtəsində terror aktına cəhd olub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər