Rusiyada mədəndə uçqun baş verib, 1 nəfər ölüb
1385
03 Oct 2026 | 10:47

Rusiyada mədəndə uçqun baş verib, 1 nəfər ölüb

Rusiyanın Sverdlovsk vilayətində yerləşən "Çeryomuxovskaya-Qlubokaya" mədənində uçqun baş verib.

Moderator.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Sverdlovsk vilayəti prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

"Dağıntıların altından 1 nəfərin meyiti çıxarılıb", - məlumatda deyilir.

Uçqunun baş verdiyi ərazidə işlər müvəqqəti olaraq dayandırılıb.

Nəzarət tədbirlərinin gedişində prokurorluq dağ-mədən işlərinin aparılması zamanı təhlükəsizlik texnikası qaydalarına, eləcə də əməyin mühafizəsi tələblərinə riayət olunmasını qiymətləndirəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər