31 milyard lirədən çox vergi fırıldağı üzə çıxarılıb, 52 nəfər saxlanılıb
1393
03 Oct 2026 | 10:27

31 milyard lirədən çox vergi fırıldağı üzə çıxarılıb, 52 nəfər saxlanılıb

Türkiyənin 21 vilayətində qanunsuz vergi geri ödəmələri ilə bağlı əməliyyat keçirilib.

Moderator.az "Haber Global"a istinadən xəbər verir ki, 155 şirkətin saxta sənədlər hazırlayaraq ədalətsiz vergi geri ödəmələri aldığı müəyyən edilib.

Keçirilən əməliyyatla 52 nəfər saxlanılıb, onlardan 31-i haqqında həbs qətimkan tədbiri seçilib. Qanunsuz əldə edilən vergi ödəmələrinin ümumi həcminin 31 milyard 300 milyon 142 min 753 lirə (təxminən 1 milyard 3 milyon manat) olduğu üzə çıxarılıb.

Araşdrımaların davam etdiyi bildirilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər