Rusiyada general yanacaq oğurluğunda ittiham olunur
1402
07 Sep 2026 | 17:22

Rusiyada general yanacaq oğurluğunda ittiham olunur

Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Moskva vilayəti üzrə Baş İdarənin balansında olan motor yanacağının mənimsənilməsi halları üzə çıxarılıb.

Moderator.az RBC-ya istinadən xəbər verir ki, bu məlumatı Rusiya DİN-in rəsmi nümayəndəsi İrina Volk açıqlayıb.

Onun sözlərinə görə, cinayət əməlində "Evrotrans" ASC-nin direktorlar şurasının sədri İqor Martışov, həmçinin onun tabeçiliyində olan üç top-menecer iştirak edib. Bundan əlavə, prosesə Rusiya DİN-in Moskva vilayəti üzrə Baş İdarəsinin rəis müavini, general-mayor Sergey Malkov, təsərrüfat təminatı mərkəzinin rəisi, polkovnik Aleksey Suyarov və həmin mərkəzin şöbə rəisi, polkovnik-leytenant Anna Levina da cəlb olunublar.

Oğurluq faktı əsasında cinayət işi başlanılıb. İstintaq orqanları qeyd olunan şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlə məhkəməyə müraciət ediblər.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər