Mikroavtobus uçuruma aşdı - Xəsarət alanlar var
Dünya
1392
03 Sep 2026 | 21:50

Mikroavtobus uçuruma aşdı - Xəsarət alanlar var

Türkiyənin Elazığ vilayətində mikroavtobusun uçuruma yuvarlanması nəticəsində 13 nəfər xəsarət alıb.

Moderator.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub.

Hadisə yerinə təcili tibbi yardım, xilasedici və yanğınsöndürmə qrupları cəlb olunub.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb, onlardan beşinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər