Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 10-a çatıb
Dünya
1335
03 Sep 2026 | 21:24

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 10-a çatıb

Şimali Kiprin Girne şəhəri sahillərində batan sərnişin gəmisində ölənlərin sayı 10-a çatıb.

Moderator.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Qeyd olunub ki, Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz Şimali Kiprin Girne şəhəri yaxınlığında ötən bazar günü qəzaya uğrayan sərnişin gəmisində itkin düşən daha bir şəxsin meyitinin tapıldığını açıqlayıb.

"Bununla da qəza nəticəsində ölənlərin sayı 10-a çatıb", - o bildirib.

Məlumat üçün bildirək ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəmi qəzaya uğrayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər