BMT rəsmisi: Azərbaycanda minatəmizləmə ərazilərin gələcək təyinatı nəzərə alınmaqla həyata keçirilir
Dünya
1357
03 Sep 2026 | 12:54

BMT rəsmisi: Azərbaycanda minatəmizləmə ərazilərin gələcək təyinatı nəzərə alınmaqla həyata keçirilir

Azərbaycanda minatəmizləmə ərazilərin gələcək təyinatı nəzərə alınmaqla həyata keçirilir və birbaşa "Böyük Qayıdış" proqramı, eləcə də regional planlaşdırma ilə bağlıdır.
 
Bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycandakı ofisinin rəhbəri Anna Soave Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində panel müzakirəsində deyib.
 
Onun sözlərinə görə, artıq 103 min hektardan çox ərazi mənzil tikintisi və müvafiq infrastrukturun yaradılması üçün təmizlənib:
 
"Eyni zamanda, avtomobil yollarının, enerji infrastrukturunun və s. tikintisi üçün də böyük ərazilər minalardan təmizlənib. Səkkizdən çox şəhərdə, eləcə də yüzlərlə qəsəbə və kənddə yeni planlaşdırma işləri aparılır və minatəmizləmə yalnız ilk addımdır".
 
A.Soave həmçinin vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurda yeni idarəetmə modeli minatəmizləmə, ərazilərin bərpası və əhalinin qayıdışı üzrə işlərin əlaqələndirilməsini təmin edir.(Report)
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər