ABŞ Prezidenti Hörmüz boğazını
1364
02 Sep 2026 | 20:10

ABŞ Prezidenti Hörmüz boğazını "Tramp boğazı" adlandırmaq istəyir

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının adını "Tramp boğazı" olaraq dəyişdirməyi təklif edib.

Moderator.az xəbər verir ki, bu barədə o "Truth Social"da yazıb.

"İndi o, ABŞ-nin nəzarətində olduğuna görə, biz Hörmüz boğazının adını Tramp boğazı olaraq dəyişdirməməliyikmi???" - Tramp bildirib.

Xatırladaq ki, sentyabrın 1-də ABŞ Silahlı Qüvvələri Hörmüz boğazındakı İran obyektlərinə hava hücumu edib. İran isə ABŞ-nin Yaxın Şərqdəki bazalarına cavab zərbələri endirib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər