Rusiya Ukrayna münaqişəsinin bitməsi üçün hansı addımları atmalıdır? – Moskvadan AÇIQLAMA
Dünya
2050
02 Sep 2026 | 12:47

Rusiya Ukrayna münaqişəsinin bitməsi üçün hansı addımları atmalıdır? – Moskvadan AÇIQLAMA

Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Qriqori Karasin Ukraynadakı münaqişənin sona çatdırılması üçün Moskvanın atmalı olduğu addımlardan danışıb.

Moderator.az “Lenta.ru” nəşrinə istinadla xəbər verir ki, Karasin Rusiyanın təmas xətti boyunca hərəkətlərini gücləndirməli, müdafiə qabiliyyətini artırmalı və beynəlxalq ictimaiyyəti “sağlam düşüncəyə” çağırmalı olduğunu bildirib.

Onun sözlərinə görə, Ukraynanın hərbi əməliyyatlarla yanaşı, psixoloji müharibəni də gücləndirməsi danışıqlar prosesini çətinləşdirir.

Karasin həmçinin Kiyevin Rusiya üzərindən uçuşlarla bağlı təhdidlərini xatırladaraq bunu “sadəcə eskalasiya deyil, dövlət terrorizmi” kimi qiymətləndirib.

Senatorun fikrincə, Moskva həm hərbi imkanlarını gücləndirməli, həm də beynəlxalq ictimaiyyətin münaqişəyə daha “sağlam düşüncə” ilə yanaşmasına nail olmağa çalışmalıdır.

Qeyd edək ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Moskvanın terrorçularla danışıqlar aparmadığını bildirmişdi.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər