Suriya XİN başçısı: Nüvə materialı AEBA-nın zəmanəti altında ölkədə qalacaq
Dünya
1391
18 Aug 2026 | 19:15

Suriya XİN başçısı: Nüvə materialı AEBA-nın zəmanəti altında ölkədə qalacaq

Suriya ölkə ərazisində aşkar edilmiş nüvə materialını Atom Enerjisi üzrə Beynəxalq Agentliyin (AEBA) müşahidəsi ilə öz nəzarəti altında saxlayacaq.

Moderator.az xəbər verir ki, bu barədə Suriyanın XİN başçısı Əsəd əş-Şeybani AEBA-nın baş direktoru Rafael Qrossi ilə birgə mətbuat konfransında bildirib.

Qeyd olunub ki, bəyanat ötən həftə agentliyin Suriyada məxfi obyektdə saxlanılan nüvə materialını ölkədən çıxarmağı planlaşdırdığı barədə yayılan məlumatlar fonunda verilib.

"Biz bu materialların dinc məqsədlərlə emalı və təhlükəsiz saxlanması üçün lazımi şəraitin yaradılması üzərində işləyəcəyik", - əş-Şeybani deyib.

Qrossinin sözlərinə görə, Suriya hakimiyyəti öz təşəbbüsü ilə AEBA-ya ölkənin şimal-şərqindəki Deyr-əz-Zor əyalətində yerləşən nüvə obyektinə daxil olmaq imkanı yaradıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər