Ronaldo Messiyə dəstək oldu - FOTO
Dünya
1474
12 Aug 2026 | 20:56

Ronaldo Messiyə dəstək oldu - FOTO

Portuqaliya milli komandasının və Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun futbolçusu Kriştianu Ronaldu atasının vəfatından sonra ABŞ-nin "İnter Mayami" klubunun və Argentina yığmasının hücumçusu Lionel Messiyə dəstək olub.

Moderator.az xəbər verir ki, Ronaldu Messinin sosial şəbəkələrdəki paylaşımının altında dəstək mesajı yazıb.

"Bu ağır məqamlarda səni və əzizlərini bərk-bərk qucaqlayıram, Leo. Mətin ol", - deyə Ronaldu bildirib.

Ronaldu Messiyə dəstək oldu - FOTO

Xatırladaq ki, Xorxe Messi uzun sürən xəstəlikdən sonra avqustun 8-də 68 yaşında vəfat edib. Lionel Messi çərşənbə günü sosial şəbəkələrdə atasına həsr olunmuş təsirli məktub paylaşıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər