Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir və onu qoruyub saxlayacaq
Dünya
1387
12 Aug 2026 | 18:53

Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir və onu qoruyub saxlayacaq

ABŞ Hörmüz boğazına tam nəzarət edir. Düşünürəm ki, bu nəzarəti qoruyub saxlayacağıq.

Moderator.az-ın xəbərinə görə, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" hesabında yazıb.

“Dəniz blokadamız hər kəs tərəfindən “Polad divar” adlandırılır və İranın bununla bağlı edə biləcəyi heç nə yoxdur.

Onların nə donanması, nə də hava qüvvələri var, qalan əsgərlərinə maaş verilmir, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) darmadağın olub və qaçır, onların “rəhbərliyinin” vəziyyəti isə ən yaxşı halda qeyri-müəyyəndir!

Onların pulu yoxdur — ölkələri “dağılıb”. Əllərində yalnız saxta xəbərlər və 300 faizlik inflyasiya var və vəziyyət getdikcə pisləşir! İran yalnız danışır, əməl etmir. Iran artıq Yaxın Şərqin “xuliqanı” deyil”, - ABŞ lideri bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər