Ukrayna Rusiyada neft-kimya kompleksinə zərbə endirdi
1406
10 Aug 2026 | 20:16

Ukrayna Rusiyada neft-kimya kompleksinə zərbə endirdi

Ukraynanın pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Tümen vilayətinin Tobolsk şəhərində yerləşən "ZapSibNeftexim" neft-kimya kompleksinə zərbə endirib. Məlumata görə, PUA-lar hədəfə çatmaq üçün 2 000 kilometrdən çox məsafə qət edib.

Moderator.az "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, məlumatı Ukrayna Xüsusi Əməliyyat Qüvvələri yayıb.

Ukrayna tərəfinin məlumatına görə, zərbədən sonra kompleksin ərazisində yanğınlar və dağıntılar qeydə alınıb.

"ZapSibNeftexim" Rusiyanın ən iri neft-kimya komplekslərindən və ölkənin kimya sənayesinin strateji müəssisələrindən biri hesab olunur.

Tobolskdakı kompleks müxtəlif sənaye məhsullarının istehsalında istifadə olunan əsas xammal növlərini istehsal edir. Bu məhsulların bir hissəsinin Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəli istehsal sahələrində istifadə olunduğu bildirilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər