20:58
24°C
Bakı
Türkiyədə 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhd zamanı Prezident Rəcəb Tayyib Ərdoğana sui-qəsd cəhdində iştirak edən və 10 il ərzində axtarışda olan "Fətullahçı" Terror Təşkilatının (FETÖ) üzvü Ayşe Alanur Karatepenin saxlanılması ilə bağlı araşdırma başa çatıb.
Moderator.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, A. Karatepe Muğlanın Bodrum rayonunda saxlanılıb.
Bildirilib ki, istintaq-əməliyyat tədbirləri başa çatıb.
Şübhəli şəxs polis bölməsindəki prosedurlardan sonra məhkəməyə göndərilib.