Zelenski: Putin kütləvi elan edilməmiş səfərbərlik planlaşdırır
1487
08 Aug 2026 | 23:50

Zelenski: Putin kütləvi elan edilməmiş səfərbərlik planlaşdırır

Vladimir Putin xalqını kütləvi səfərbərlik elan etmədən necə aldatmaq barədə düşünür.

Moderator.az xəbər verir ki, bu barədə Volodimir Zelenski “United News” telemarafonuna müsahibəsində bildirib.

Ukrayna prezidentinin sözlərinə görə, rusların hər şeyi edəcəyini anlamaq lazımdır.

“Yüzlərlə, minlərlə kiberhücum olacaq, raket təzyiqindən istifadə olunacaq, hədə-qorxu gələcək və s. Bunlar dəyişməyəcək”, - deyə o bildirib.

Zelenski vurğulayıb ki, Putin hələ bu müharibədə qələbə qazana bilmir, ona görə də səfərbərlik haqqında düşünür.

“O, xalqını necə aldatmaq barədə düşünür. Elan etmədən kütləvi səfərbərlik keçirmək, kölgə müqavilələri bağlamaq, sərhədləri bağlamaq və s. Bunu görürük. Artıq bir çox müvafiq addımların şahidi oluruq”, - deyə prezident qeyd edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər