İclasa hamam otağından qatıldı, müzakirələrə səbəb oldu - VİDEO
1378
06 Aug 2026 | 16:07

İclasa hamam otağından qatıldı, müzakirələrə səbəb oldu - VİDEO

Yeni Zelandiyada siyasətçi qadın Co Galer Danidin Şəhər Şurasının iclasına hamam otağından onlayn formatda qatılıb.

Moderator.az Qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə məlumatı “France-Presse” agentliyi yayıb.

Galerin bu addımı iclas iştirakçılarının təəccübünə səbəb olub.

İştirakçılardan biri siyasətçiyə müraciət edərək arxa fonda şəxsi geyimlərinin də göründüyünü bildirib və ondan kameranın istiqamətini dəyişməyi xahiş edib.

Galer isə öz növbəsində bunun problem olmadığını qeyd edərək çıxışını davam etdirib.

İclasdan həmin görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Həmin görüntüləri təqdim edirik:

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər