Ukraynanın liman blokadasından itkiləri 1 milyard dolları keçib - TASS
Dünya
1363
06 Aug 2026 | 11:41

Ukraynanın liman blokadasından itkiləri 1 milyard dolları keçib - TASS

Ukraynanın əsas ticarət limanları olan Odessa, Çernomorsk və Yujnı hələ də fəaliyyətsiz vəziyyətdədir.

Moderator.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Məlumata görə, Ukrayna iyulun 22-dən etibarən dəniz limanlarının blokadası səbəbindən təxminən 1,05 milyard dollar həcmində valyuta gəlirindən məhrum olub.

Bildirilir ki, gəmiçilik cədvəllərinə əsasən, iri xarici ticarət gəmiləri hazırda Odessa, Çernomorsk və Yujnı limanlarına daxil olmur.

TASS-ın yazdığına görə, Ukrayna hazırda dəniz ticarətini əsasən İzmail limanı vasitəsilə həyata keçirir. Lakin burada logistika imkanları həm limanın, həm də ona xidmət göstərən dəmir yolu şəbəkəsinin ötürücülük qabiliyyəti ilə məhdudlaşır.

Agentliyin məlumatına əsasən, İzmail limanı tam gücü ilə işlədiyi halda ildə 20 milyon metrik tondan artıq yük qəbul edə bilmir. Müqayisə üçün qeyd olunur ki, Böyük Odessa limanlarının ümumi illik yükötürmə qabiliyyəti 40 milyon metrik tondan çoxdur.

Mənbənin iddiasına görə, kənd təsərrüfatı məhsulları və polad ixracının azalması nəticəsində Ukrayna gündə təxminən 70 milyon dollar iqtisadi itki ilə üzləşir.

TASS həmçinin bildirir ki, mövcud gəmi hərəkəti məlumatlarına Ukrayna Silahlı Qüvvələri üçün daşındığı iddia edilən hərbi yüklər daxil edilmir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər