Bizi sosial şəbəkələrdən izləyin:
Prezident Donald Tramp ABŞ-də hərbi sursat qıtlığı barədə iddialar səsləndirən şəxslərin axtarıldığını və onları həbs cəzası ala biləcəyini bəyan edib.
Moderator.az xəbər verir ki, bu barədə D.Tramp "Truth Social" şəbəkəsində yazıb.
"Dövlətə xəyanətə bərabər olan bu iddiaları yayanların axtarışı davam edir. Onlar üçün uzunmüddətli həbs cəzaları tələb olunacaq!", - deyə paylaşımda qeyd edilib.
O, həmçinin bildirib ki, ABŞ nəhəng miqdarda döyüş sursatına malikdir və müdafiə sənayesi müəssisələri ölkə tarixində ən çox sayda zavod inşa edir.