Yaponiyada güclü zəlzələ baş verib
1296
06 Aug 2026 | 08:40

Yaponiyada güclü zəlzələ baş verib

Yaponiyanın cənub-qərbində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi (JMA) məlumat yayıb.
 
Bildirilib ki, yeraltı təkanların episentri Kyusyu adasında yerləşən Kumamoto prefekturası ərazisində olub. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib və təkanların maksimal intensivliyi 4 bal təşkil edib.
 
Sunami təhlükəsi elan olunmayıb. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər