Rusiyaya hücum edən dronların üçdə ikisi Moskvanı hədəf alır - Moskva meri
2032
05 Aug 2026 | 16:55

Rusiyaya hücum edən dronların üçdə ikisi Moskvanı hədəf alır - Moskva meri

"Son aylarda Moskvaya istiqamətlənən pilotsuz uçuş aparatlarının (PUA) sayı nəzərəçarpacaq dərəcədə artıb və Rusiyaya qarşı həyata keçirilən hücumlarda istifadə olunan hər üç drondan ikisi paytaxtı hədəf alır".

Moderator.az TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin "Vesti" proqramında yayımlanan müsahibəsində bildirib.

"Son aylarda Moskvaya doğru buraxılan dronların sayı əhəmiyyətli dərəcədə artıb. Ümumilikdə, Rusiya ərazisinə qarşı demək olar ki, hər gün həyata keçirilən bütün hücumların üçdə ikisi Moskvaya yönəlir", – deyə Sobyanin qeyd edib.

Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi və Moskva şəhər rəhbərliyi paytaxtın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi istiqamətində birgə fəaliyyət göstərir.

Sobyanin bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin tapşırığı əsasında Müdafiə Nazirliyi və hava hücumundan müdafiə qüvvələri ilə sıx əməkdaşlıq edilir, yeni döyüş mövqeləri yaradılır, zəruri texniki vasitələr yerləşdirilir və ordunun ehtiyac duyduğu dəstək təmin olunur.

Mer əlavə edib ki, Moskvada dronların qarşısını almaq üçün xüsusi dron-tutucu sistemlər istehsal edilir, həmçinin hava hücumundan müdafiə bölmələrinə dəstək məqsədilə könüllü dəstə formalaşdırılır.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər