Filippin sahillərində güclü zəlzələ baş verib
Dünya
1443
05 Aug 2026 | 10:40

Filippin sahillərində güclü zəlzələ baş verib

Filippin sahillərində 6.3 maqnitudalı zəlzələ qeydə alınıb
 
Moderator.az xəbər verir ki, bu barədə informasiyanı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.
 
Təşkilatın açıqlamasında bildirilir ki, zəlzələnin episentri təxminən 7 500 sakini olan Saranqani əyalətindən 24 kilometr cənub-qərbdə qeydə alınıb. Təkanların ocağı isə 35 kilometr dərinlikdə yerləşib.
 
Təbii fəlakət nəticəsində xəsarət alanlar və dağıntılar barədə heç bir məlumat daxil olmayıb. Həmçinin, sunami təhlükəsi də elan edilməyib.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər