ABŞ-İran razılaşması 4-5 avqust tarixlərində əldə edilə bilər — Bessent
Dünya
25490
04 Aug 2026 | 21:33

ABŞ-İran razılaşması 4-5 avqust tarixlərində əldə edilə bilər — Bessent

ABŞ İranla Hörmüz boğazı üzrə razılaşmaya yaxınlaşır

Moderator.az TASS-a istinadla xəbər verir ki, ABŞ yaxın iki gün ərzində İranla Hörmüz boğazında normal gəmiçiliyin bərpasını nəzərdə tutan razılaşma əldə edə bilər.

ABŞ-ın Maliyyə Naziri Skott Bessent CNBC telekanalına açıqlamasında bildirib ki, tərəflər arasında danışıqlar davam edir və müsbət nəticə üçün real imkan var.

"Biz iranlılarla danışıqlar aparırıq və düşünürəm ki, bu gün və ya sabah boğazı açmaq və bu münaqişədə daha normallaşmış mövqeyə doğru irəliləmək üçün razılığa gəlmək şansımız var", – deyə Bessent bildirib.

Nazirin sözlərinə görə, mümkün razılaşma Hörmüz boğazında beynəlxalq gəmiçiliyin təhlükəsiz və maneəsiz həyata keçirilməsini, su yolu ilə naviqasiya azadlığının təmin olunmasını nəzərdə tutur.

Qeyd edək ki, Hörmüz boğazı dünya enerji tədarükü baxımından strateji əhəmiyyət daşıyan əsas dəniz marşrutlarından biridir və burada yaranan gərginlik qlobal enerji bazarlarına birbaşa təsir göstərir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər