Hörmüz boğazı ətrafında gərginlik:
Dünya
18763
03 Aug 2026 | 19:43

Hörmüz boğazı ətrafında gərginlik: "Politico" Ağ Evin narahatlığından yazır

ABŞ administrasiyası İranla bağlı böhrandan çıxış yollarını dəyərləndirsə də, mövcud ssenarilərin heç biri Vaşinqton üçün əlverişli görünmür.

Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Ağ Ev İranın Hörmüz boğazı üzərində nəzarəti gücləndirə biləcək mümkün qərarlarla bağlı xəbərdarlıq alır. Nəşrin yazdığına görə, Tehran hərbi əməliyyatların dayandırılması müqabilində boğaz üzərində nəzarət imkanlarının genişləndirilməsini istəyir. Bildirilir ki, bu tələbin qəbul edilməsi ABŞ üçün siyasi baxımdan qəbuledilməz hesab olunur.

Eyni zamanda, Vaşinqton üçün digər alternativ – İrana qarşı hərbi təzyiqin artırılması – bölgədə daha genişmiqyaslı münaqişə riskini yüksəldə bilər.

Politico-ya danışan Tramp administrasiyasının keçmiş rəsmisinin sözlərinə görə, Ağ Ev yaranmış vəziyyətdə əlverişli çıxış yolu görmür.

"İran fundamental siyasi güzəşt istəyir – boğazdan keçid üçün rüsum almaq hüququ. Bu, faktiki olaraq onların boğaz üzərində nəzarətinin beynəlxalq diplomatik təcrübə və hüquqi mexanizmlərdə möhkəmlənməsinə xidmət edə bilər", – deyə mənbə bildirib.

Nəşr qeyd edir ki, ABŞ administrasiyası üçün həm İranın tələblərini qəbul etmək, həm də hərbi qarşıdurmanı genişləndirmək ciddi siyasi və təhlükəsizlik riskləri yaradır. Bu səbəbdən Vaşinqtonun qarşıdakı dövrdə hansı addımı atacağı hələ də qeyri-müəyyən olaraq qalır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər