1617
21 Jul 2026 | 22:00

"İnsan üçün soyuducu": Yaponiyada istidən saniyələr içində qoruyan cihaz hazırlanıb" - Yeni ixtira

Yaponiyanın "Trusco Nakayama" şirkəti güclü isti və istilik vurmasının qarşısını almaq üçün bir nəfərlik xüsusi soyutma kabinəsi - "Do Hiemon Box" təqdim edib.

Moderator.az xəbər verir ki, bu barədə "dailymail.com" nəşri yazıb.

5 dərəcəlik hava ilə sürətli soyutma

Nəşr yazır ki, kabinəyə daxil olan şəxs cəmi bir neçə saniyə ərzində 5 dərəcə Selsi temperaturunda soyuq hava axınının təsiri altına düşür. Soyuq hava əsasən boyun nahiyəsinə yönəldilir ki, bu da bədən temperaturunun daha tez aşağı düşməsinə kömək edir.

Ucuz istismar və rahat daşınma

Şirkətin məlumatına görə, cihazın bir saat işləməsi təxminən 16 yapon iyeni (təxminən 0,18 manat) başa gəlir. Bu isə onu zavodlar, anbarlar və digər istehsalat sahələri üçün sərfəli həllə çevirir. Kabinə təkərlərlə təchiz edildiyindən onu müxtəlif iş sahələrində asanlıqla hərəkət etdirmək mümkündür.

Korpusunda yerləşdirilən xüsusi metal halqalar isə cihazın kran və ya qaldırıcı vasitəsilə daşınmasına imkan verir. Mühəndislər hesab edir ki, "Do Hiemon Box" açıq tikinti meydançalarında və kütləvi tədbirlərdə də istidən qorunmaq üçün effektiv vasitə ola bilər.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər