Müctəba Xameneinin ilk beynəlxalq təması Vladimir Putinlə ola bilər
1371
18 Jul 2026 | 16:41

Müctəba Xameneinin ilk beynəlxalq təması Vladimir Putinlə ola bilər

İranın yeni ali rəhbəri Müctəba Xameneinin ilk beynəlxalq təması Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı və ya görüş ola bilər.

Moderator.az xəbər verir ki, bu barədə TASS İrandakı mənbəsinə istinadən məlumat yayıb.

"Rusiya bizə yaxın ölkədir, Putin İslam Respublikasının yaxın dostudur. Ola bilsin ki, ilk zəng və ya ilk görüş Putinlə olacaq", - deyə agentliyi bilgiləndirən qaynaq diqqətə çatdırıb.

Həmçinin qeyd edilib ki, ali rəhbərin cəmiyyət qarşısına çıxmaması birbaşa müharibə və təhlükəsizlik məsələləri ilə əlaqədardır.

Xatırladaq ki, ABŞ və İsrailin İslam Respublikasına endirdiyi raket zərbələri nəticəsində atası Əli Xamenei həyatını itirdikdən sonra Müctəba Xamenei İranın yeni ali lideri vəzifəsinə gətirilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər