Yeni Zelandiyada sunami təhlükəsi elan edildi
1354
16 Jul 2026 | 17:20

Yeni Zelandiyada sunami təhlükəsi elan edildi

Yeni Zelandiyada 6.3 maqnitudalı zəlzələdən sonra sunami xəbərdarlığı elan edilib.

Moderator.az xəbər verir ki, bu barədə məlumatı ABC nəşri yayımlayıb.

Məlumata əsasən, yeraltı təkanların episentri Te-Anau şəhərinin 40 kilometr şimalında yerləşib.

Cənub adasında, Milford Saunddan Pyuysequr burnunadək olan qərb sahil zolağının zərərçəkmə ehtimalı istisna olunmur.

Yeni Zelandiyanın Milli Fövqəladə Halların İdarə Olunması Agentliyi isə həmin ərazilərdə su basma riskinin böyük olduğunu açıqlayıb. Təşkilat əhaliyə mümkün qədər tez bir zamanda yaxınlıqdakı hündür ərazilərə sığınmağı tövsiyə edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər