Tramp İrana bu şəxsə görə təşəkkür etdi
1408
16 Jul 2026 | 16:10

Tramp İrana bu şəxsə görə təşəkkür etdi

İranın sərbəst buraxdığı və buna görə ABŞ Prezidenti Donald Trampın Tehrana təşəkkür etdiyi məhbus İran-Amerika ikili vətəndaşlığı olan Dena Kərraridir.

Moderator.az xəbər verir ki, bu haqda İran mediası məlumat yayıb.

Məlumata görə, D.Kərrari 2024-cü ilin dekabr ayında ailəsini görmək üçün İrana səfər etdikdən sonra həbs edilib.

Amerika texnologiya şirkətində işləyən Dena Kərrari həm də İranda imkansız uşaqlar üçün xeyriyyə təşkilatının qurucusu olub.

O, İranda həbs edildikdən sonra istintaq təcridxanasına köçürülüb və barəsində “casusluq” ittihamı ilə iş açılıb.

D.Kərrari bir müddət sonra sərbəst buraxılsa da, pasportu əlindən alınmış və İrandan çıxışına qadağa qoyulmuşdu.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər