1790
13 Jul 2026 | 22:40

"Dünyanın ən böyük dəmiryolu vağzalı cəmi 38 aya tikildi - harada yerləşir?" - KİV-lər

Çin sahəsinə görə dünyanın ən böyük dəmiryolu vağzalının tikintisini başa çatdırıb. Cəmi 38 aya inşa edilən "Çunsin-Şərq" (Chongqing East) nəqliyyat qovşağı 1,22 milyon kvadratmetr ərazini əhatə edir ki, bu da təxminən 170 futbol meydançasına bərabərdir.

Moderator.az xəbər verir ki, bu barədə "Oddity Central" nəşri yazıb.

Dünyanın ən böyük dəmiryol vağzalı

Yeni vağzal Çinin cənub-qərbində yerləşən Çunsin meqapolisində inşa olunub və ölkənin ən iri infrastruktur layihələrindən biri hesab edilir. Sahəsinə görə o, Nyu-Yorkdakı məşhur "Grand Central Terminal" vağzalından təxminən 6 dəfə, Avropanın ən böyük dəmiryolu vağzalı olan "Leypsiq Hauptbahnhof"dan isə 15 dəfəyə yaxın böyükdür. Onun ümumi ərazisi hətta Vatikan dövlətinin sahəsini iki dəfədən çox üstələyir.

Nəhəng nəqliyyat kompleksi 29 platforma, 15 dəmiryolu xətti və 8 mərtəbədən ibarətdir. Binanın üzəri çəkisi 16 500 ton olan nəhəng polad boru konstruksiyalı damla örtülüb. Hər platformanın uzunluğu 400 metrdir ki, bu da Çinin ən uzun sürətli qatarlarını qəbul etməyə imkan verir. Pik saatlarda vağzal hər saat 16 minədək sərnişinə xidmət göstərə bilir.

Dağın yerində inşa edilən nəhəng vağzal 

Layihənin ən çətin tərəflərindən biri tikinti sahəsinin dağlıq ərazidə yerləşməsi olub. Çunsin mürəkkəb relyefi, çoxsaylı təpə və dağları ilə tanındığından, mühəndislər əvvəlcə dağın bir hissəsini partladaraq kəsib, daha sonra isə ərazini tamamilə hamarlayıblar. Tikintidə təxminən 2 milyon kubmetr beton və 366 min ton poladdan istifadə edilib.

Layihəyə 40 minə yaxın işçi, eləcə də mürəkkəb və təhlükəli işləri yerinə yetirən çoxsaylı robotlaşdırılmış texnika cəlb olunub. Mütəxəssislər qeyd edir ki, dünyanın bir çox ölkəsində bu miqyasda layihənin yalnız razılaşdırılması və bütün icazələrin alınması üçün Çinin vağzalı tam tikməsinə sərf etdiyi 38 aydan daha çox vaxt tələb oluna bilər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər