Fransada anomal istilər fonunda 130-dan çox insan suda boğulub
1498
11 Jul 2026 | 00:19

Fransada anomal istilər fonunda 130-dan çox insan suda boğulub

Fransada davam edən ekstremal isti hava şəraiti fonunda son üç həftə ərzində 130-dan çox insan boğularaq həyatını itirib.

Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin idman naziri Marina Ferrari məlumat verib.

Nazir bildirib ki, iyunun 19-dan bəri ölkədə 131 nəfər boğulma hadisəsi qeydə alınıb. Onun sözlərinə görə, bədbəxt hadisələrin qurbanları əsasən 18 yaşınadək yeniyetmələr və 60 yaşdan yuxarı şəxslərdir.

Statistikaya əsasən, dünyasını dəyişənlərin 55%-i çimmək üçün qadağan olunmuş ərazilərə daxil olanlardır. Digər 20% hal isə xüsusi mülklərdə yerləşən şəxsi hovuzlarda baş verib.

Qeyd edək ki, iyunun ortalarından etibarən Fransada anomal istilər müşahidə olunur və bir çox temperatur rekordları yenilənib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər