Əli Xamenei dəfn edildi
Dünya
1824
10 Jul 2026 | 00:38

Əli Xamenei dəfn edildi

İranın keçmiş ali lideri Əli Xameneinin dəfn mərasimi onun doğma şəhəri Məşhəddə başa çatıb.

Moderator.az TASS-a istinadən xəbər verir ki, onun cənazəsi İmam Rza məqbərəsində - iki il əvvəl helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisinin dəfn olunduğu yerdə torpağa tapşırılıb.

Xamenei ilə vidalaşmaq istəyənlərin çoxluğu səbəbindən matəm yürüşünün təşkilatçıları məqbərəyə gedən marşrutu dəyişmək məcburiyyətində qalıblar. Liderin cənazəsini daşıyan dəfn karvanı məqbərəyə qədər hərəkət edə bilmədiyi üçün helikopterdən istifadə edilib.

Türbə ərazisində yüzminlərlə zəvvarın iştirakı ilə Xamenei və onunla birgə həlak olan ailə üzvləri üçün namaz qılınıb. Daha sonra jurnalistlərin buraxılmadığı rəsmi dəfn mərasimi keçirilib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail zərbələri nəticəsində həlak olan Əli Xamenei ilə vidalaşma mərasimi iyulun 3-də Tehranda başlamışdı.

09 iyul, 17:28

İranın keçmiş ali rəhbəri Əli Xamenei ilə vidalaşma mərasimi onun doğulduğu Məşhəd şəhərində başlanıb.

Moderator.az xəbər verir ki, İRNA-nın təqdim etdiyi məlumata əsasən, matəm iştirakçılarının yürüşü İmam Rza türbəsi istiqamətində bir neçə kilometr məsafəyə qədər uzanıb.

Mərasimə ölkə daxilindən və xaricdən çox sayda rəsmi şəxs, din xadimi və vətəndaş qatılıb.

Bununla da iyulun 4-dən etibarən Tehran və Qum şəhərlərində, eləcə də İraqın müsəlmanlar üçün müqəddəs sayılan Nəcəf və Kərbəla şəhərlərində təşkil olunan anım və matəm mərasimləri yekunlaşır.

Qeyd edək ki, İranın keçmiş ali rəhbəri Əli Xamenei bu ilin fevralın 28-də ABŞ və İsrailin endirdiyi zərbələr nəticəsində həyatını itirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər