Dünya
2376
09 Jul 2026 | 23:54

"Sevgi bəzən bir gül deyil, bölüşdürülən yükdür" - Alimlər münasibətlərdə yaxınlığın gözlənilməz sirrini açıqlayıb

Münasibətlərdə sevgini və ehtirası qorumağın sirri həmişə bahalı hədiyyələrdə və ya romantik görüşlərdə olmur...

Bəzən bir fincan çayı birlikdə hazırlamaq, qabları yumaq və ya gündəlik qayğıları bölüşmək iki insanı bir-birinə güllərdən də çox yaxınlaşdıra bilər.

Moderator.az xəbər verir ki, bu barədə "dailymail.com" nəşri yazıb.

Romantikanın görünməyən tərəfi

Nəşr yazır ki, şam işığında şam yeməyi, bahalı hədiyyələr və gül dəstələri münasibətləri gözəlləşdirə bilər. Ancaq alimlər bildirirlər ki, qadınların partnyoruna qarşı hisslərini və yaxınlıq istəyini gücləndirən ən vacib amillərdən biri evdəki gündəlik məsuliyyətin ədalətli bölüşdürülməsidir. Yeni araşdırmada minə yaxın münasibətdə olan insanın məlumatları təhlil edilib. Nəticələr göstərib ki, problem ev işlərinin çoxluğunda deyil, gözləntilərlə reallıq arasındakı fərqdədir.

Sevgi yorğunluğun kölgəsində solur

Araşdırmaya görə, bərabərhüquqlu münasibət istəyən qadın ev işlərinin, uşaqlara qayğının və ailə ilə bağlı planlaşdırmanın əsas yükünü tək daşıdığını hiss edərsə, münasibətdən məmnunluğu və partnyoruna qarşı istəyi azalır.
Alimlər bunu "ikinci növbə" adlandırırlar. Yəni iş günündən sonra evdə görünməyən başqa bir iş günü başlayır. Yemək hazırlamaq, təmizlik, alış-veriş, uşaqlarla məşğul olmaq və saysız-hesabsız məişət qayğıları çox vaxt yenə qadının üzərinə düşür.

Yaxınlığın açarı hörmət və paylaşmaqdır

Tədqiqat müəllifləri vurğulayır ki, münasibətləri soyudan çirkli qablar və ya yuyulmamış paltarlar deyil. Əsas məsələ qarşı tərəfin məsuliyyəti bölüşməsi və bunun yaratdığı hörmət hissidir.
Alimlərin fikrincə, bəzən sevgini yenidən canlandırmaq üçün ən təsirli addım bahalı hədiyyə almaq deyil. Sadəcə ev işlərinin bir hissəsini öz üzərinə götürmək, "mən bu yükdə səninləyəm" demək münasibətlərə romantikanı geri qaytara bilər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər