Hörmüz boğazından neft tankerlərinin hərəkəti dayanıb
Dünya
1319
09 Jul 2026 | 17:57

Hörmüz boğazından neft tankerlərinin hərəkəti dayanıb

ABŞ-ın İrana qarşı hava zərbələrini yenidən bərpa etməsi və Tehranın Fars körfəzində cavab tədbirləri görməsi fonunda Hörmüz boğazından neft tankerlərinin hərəkəti demək olar tam dayanıb.

Moderator.az xəbər verir ki, bu barədə gəmi hərəkəti məlumatları və sahə mənbələri məlumat yayıb.

Məlumata görə, cümə axşamı səhər saatlarınadək Hörmüz boğazından cəmi iki tanker keçib.

Onlardan biri İranın Xark adasındakı terminalda yüklənmiş və ABŞ sanksiyalarına məruz qalan “Berg 1” xam neft supertankeri olub. "Kpler" analitik şirkətinin məlumatına görə, tanker ABŞ sanksiyalarına baxmayaraq, boğazdan keçib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər