Polşada rusiyalı ər-arvad casusluq və bomba partlatmağa cəhd işi üzrə həbs cəzası alıblar
Dünya
1313
09 Jul 2026 | 16:50

Polşada rusiyalı ər-arvad casusluq və bomba partlatmağa cəhd işi üzrə həbs cəzası alıblar

Polşadakı məhkəmə rusiyalı ər-arvadı Moskvanın xeyrinə casusluqda təqsirli bilib və onları həbs cəzasına məhkum edib.

Moderator.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Polşa prokurorluğu məlumat yayıb.

Bildirilib ki, məhkəmə tərəfindən ər həmçinin kuryer xidməti vasitəsilə içərisində partlayıcı qurğu olan bağlamanın göndərilməsi sxemində iştirakda təqsirli bilinib.

Bundan əlavə, o və həyat yoldaşı Polşada yaşayan rusiyalı müxalifət fəalları, eləcə də onlara kömək edən şəxslər və təşkilatlar barədə məlumatları Rusiya kəşfiyyatına ötürməkdə təqsirli biliniblər.

Məlumata görə, kişi yeddi il, onun həyat yoldaşı isə üç il müddətinə azadlıqdan məhrum edilib.

Agentlik həmçinin qeyd edib ki, Avropa hüquq-mühafizə orqanları 2024-cü ilin iyul ayında Böyük Britaniya, Almaniya və Varşava yaxınlığındakı kuryer anbarlarında baş vermiş silsilə insidentlərdən sonra partlayıcı bağlamalar təhlükəsi ilə əlaqədar yüksək hazırlıq vəziyyətindədirlər. Avropa ölkələrinin rəhbərlikləri bu hadisələrə görə məsuliyyəti Rusiyanın üzərinə qoyub. Moskva isə ittihamları dəfələrlə rədd edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər