Zəlzələdə ölənlərin sayı 3 811 nəfərə çatdı
1334
09 Jul 2026 | 10:05

Zəlzələdə ölənlərin sayı 3 811 nəfərə çatdı

Venesuelada baş vermiş dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 3811 nəfərə çatıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının spikeri Xorxe Rodriges məlumat yayıb. 
 
Onun sözlərinə görə, təbii fəlakətdə 16 740 nəfər yaralanıb. 6 462 nəfərin xilas edilməsi və 86 794 ailəyə yardım göstərilməsi prosesi davam edir. 
 
Rodriges əlavə edib ki, bütün dövlət məmurları hadisə yerində işləməyə davam edirlər.
 
Xatırladaq ki, Venesuelada iyunun 24-ü axşam saatlarında  40 saniyə fərqlə 7.2 və 7.5 maqnitudalı iki yeraltı təkan qeydə alınıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər