Tramp və Netanyahu arasında görüş hələ planlaşdırılmayıb
Dünya
1341
09 Jul 2026 | 09:35

Tramp və Netanyahu arasında görüş hələ planlaşdırılmayıb

ABŞ Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında Ağ Evdə keçirilməsi gözlənilən görüş hələlik rəsmi şəkildə planlaşdırılmayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "NewsNation" telekanalı Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.
 
"Bu gün Ağ Ev rəsmisi bildirdi ki, Tramp və Netanyahu arasında görüş hazırda planlaşdırılmayıb", – deyə Meyer sosial şəbəkədə yazıb.
 
Daha əvvəl Tramp "Axios" portalına açıqlamasında Netanyahunun onunla Ağ Evdə görüşmək istədiyini və görüşün ABŞ prezidentinin Ankarada keçiriləcək NATO sammitindən qayıtmasından sonra baş tuta biləcəyini demişdi.
 
 
Link kopyalandı!
Son xəbərlər