Makron Bəşər Əsədin ailəsindən müsadirə edilən 50 milyon avronu Suriyaya verəcək
Dünya
1396
08 Jul 2026 | 23:20

Makron Bəşər Əsədin ailəsindən müsadirə edilən 50 milyon avronu Suriyaya verəcək

Fransa Prezidenti Emmanuel Makron Paris məhkəməsinin Suriyanın keçmiş prezidenti Bəşər Əsədin ailə üzvləri tərəfindən qanunsuz olaraq əldə edilmiş əmlakının müsadirə etməsindən əldə edilən 50 milyon avrodan çox vəsaitin Suriya xalqına köçürüləcəyini açıqlayıb.

Moderator.az xəbər verir ki, Fransa məhkəməsinin qərarı ilə Suriyanın keçmiş prezidenti Bəşər Əsədin ailə üzvləri tərəfindən qanunsuz olaraq əldə edilən əmlakın müsadirəsi nəticəsində 50 milyon avrodan çox vəsait əldə olunub.

"Le Monde" qəzeti yazır ki, bu vəsait Makron tərəfindən Suriya xalqına köçürüləcək.

Makron bunu iyulun 7-də Dəməşqə səfəri zamanı açıqlayıb.

Fransa Prezidenti bildirib ki, keçmiş diktatorun ailəsinin qanunsuz yolla əldə etdiyi aktivlərin müsadirəsindən əldə edilən 50 milyon avrodan çox vəsait Suriya xalqına ölkədəki konkret inkişaf layihələrinin maliyyələşdirilməsi üçün qaytarılacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər