Ərdoğan: Türkiyə ABŞ-İran münaqişəsinin həllində vasitəçiliyə hazırdır
1368
08 Jul 2026 | 22:50

Ərdoğan: Türkiyə ABŞ-İran münaqişəsinin həllində vasitəçiliyə hazırdır

Türkiyə ABŞ ilə İran arasında Hörmüz boğazı ilə əlaqədar yaşanan münaqişənin aradan qaldırılması üçün hər zaman vasitəçilik missiyasına hazırdır

Moderator.az-ın xəbərinə görə bunu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Ankarada keçirilən Zirvə toplantısından sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Ərdoğan deyib ki, Türkiyə münaqişənin həlli istiqamətində səylərini davam etdirəcək: "Bu istiqamətdə əlimizdən nə kömək gəlirsə edirik və bundan sonra da davam edəcəyik. Hörmüz boğazının müharibə zonasına çevrilməsini istəmirik".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər