Ərdoğan: Türkiyə müdafiə sənayesində NATO-nun ən öndə gedən ölkələrindən biridir
1320
08 Jul 2026 | 22:10

Ərdoğan: Türkiyə müdafiə sənayesində NATO-nun ən öndə gedən ölkələrindən biridir

Türkiyə müdafiə sənayesində NATO-nun ən öndə gedən ölkələrindən biridir.

Moderator.az-ın xəbərinə görə bunu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Ankarada keçirilən Zirvə toplantısından sonra mətbuat konfransında bildirib.

O, deyib ki, Türkiyədə 22 ildən sonra ikinci dəfə təşkil edilən NATO-nun Zirvə toplantısı uğurla başa çatıb: "Avro-Atlantik təhlükəsizliyinin ciddi sınaqlarla üzləşdiyi bir dövrdə ev sahibliyi etdiyimiz bu tarixi zirvə ümumi gələcəyimizə istiqamət verəcək mühüm rol oynayacaq".

Türkiyə Prezidenti bildirib ki, zirvə çərçivəsində NATO müttəfiqləri arasında Avropa ölkələrinin alyansın təhlükəsizliyi və müdafiəsi sahəsində daha böyük məsuliyyət üzərinə götürməsinin vacibliyi barədə aydın və təxirəsalınmaz mesajlar verilib.

Link kopyalandı!
Son xəbərlər