ABŞ-li aktrisa Luiza Lasser vəfat edib
Dünya
1288
08 Jul 2026 | 21:40

ABŞ-li aktrisa Luiza Lasser vəfat edib

ABŞ-li aktrisa Luiza Lasser 87 yaşında Manhettendəki evində vəfat edib. O, daha çox Vudi Allenin filmlərindəki rolları və "Mary Hartman, Mary Hartman" serialındakı obrazı ilə tanınırdı.

Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti aktrisanın yaxın dostu Syuzan Şarlottaya istinadən məlumat yayıb.

Luiza Lasser 1939-cu il aprelin 11-də Nyu-Yorkda anadan olub. Onun səhnə karyerası Brodveydə başlayıb. O, 1962-ci ildə "I Can Get It for You Wholesale" müziklində çıxış edib, daha sonra kino və televiziya sahəsində fəaliyyətini davam etdirib.

1966-cı ildə Lasser rejissor Vudi Allenlə ailə qurub. Onların nikahı 1970-ci ilə qədər davam edib. Onların peşəkar əməkdaşlığı boşandıqdan sonra da davam edib.

Lasserə ən böyük şöhrəti prodüser Norman Lirin layihəsi olan satirik "Mary Hartman, Mary Hartman" serialı qazandırıb. 1976-1977-ci illərdə yayımlanan serial televiziya melodramlarını parodiya edir, eyni zamanda istehlak cəmiyyətini tənqid edirdi. Mary Hartman roluna görə aktrisa "Emmi" mükafatına namizəd göstərilmişdi.

Luiza Lasser, həmçinin "Saturday Night Live" verilişinin bir buraxılışını aparıb. Aktrisanın son ekran işlərindən biri 2022-ci ildə nümayiş olunan "Funny Pages" filmi olub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər