Novak: Rusiya dizel yanacağının ixracını qadağan edib
1348
08 Jul 2026 | 21:10

Novak: Rusiya dizel yanacağının ixracını qadağan edib

Rusiya hakimiyyəti daxili bazara tədarük həcmini artırmaq məqsədilə dizel yanacağının ixracına qadağa tətbiq edib.

Moderator.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak Prezident Vladimir Putinin hökumət üzvləri ilə müşavirəsi zamanı bildirib.

"Bu gün dizel yanacağının ixracına qadağa tətbiq olundu və bu, daxili bazara tədarükü artırmağa imkan verəcək", - Baş nazirin müavini deyib.

Novakın sözlərinə görə, qəbul edilmiş qərar daxili istehlak üçün əlavə dizel yanacağı həcmlərini təmin etməyə və Rusiya bazarında vəziyyəti sabitləşdirməyə imkan verəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər