Dünya
2474
07 Jul 2026 | 19:45

"Brejnevin nəticəsi Ukrayna əsirliyində: Nasist axtarmağa getmişdim, amma..." - Ukrayna KİV-ləri

Brejnevin nəticəsi Ukrayna əsirliyində müharibə ilə bağlı diqqətçəkən açıqlamalar verib

SSRİ-nin keçmiş rəhbəri Leonid Brejnevin övladlığa götürülmüş nəticəsi Anton Milayev 2025-ci ildə Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq Ukraynaya qarşı müharibəyə qatıldığını bildirib. O, Ukrayna hərbçilərinə əsir düşdükdən sonra "Yaşamaq istəyirəm" layihəsinə müsahibə verib.

Moderator.az xəbər verir ki, bu barədə "rbc.ua" nəşri məlumat yayıb.

ABŞ-dan Rusiyaya, ordudan isə cəbhəyə

Milayev deyib ki, uzun illər ABŞ-də, əsasən Nyu-Yorkda yaşayıb, daha sonra Rusiyaya qayıdıb. Onun sözlərinə görə, təxminən 1 milyon rubl borcunu ödəmək üçün ordu ilə müqavilə bağlayıb və buna görə 1,4 milyon rubl birdəfəlik ödəniş alıb.
O bildirib ki, arxa cəbhədə sürücü kimi xidmət edəcəyini düşünsə də, qısa hazırlıqdan sonra desant qoşunlarının hücum bölməsinə göndərilib.

"Nasist görmədim"

Milayev cəbhədəki vəziyyəti "ət maşını" adlandıraraq sağ qalmağın çox çətin olduğunu deyib. Onun sözlərinə görə, ilk döyüş tapşırığı zamanı Ukrayna pilotsuz aparatını görəndən sonra müqavimət göstərmədən təslim olub.

O, müharibəyə gedərkən Ukraynada "nasistləri" görəcəyinə inandığını, lakin əsir düşəndən sonra belə bir şeylə qarşılaşmadığını bildirib. Milayev həmçinin Rusiya komandirlərinin Ukrayna əsirliyi ilə bağlı dediklərinin reallığa uyğun gəlmədiyini və saxlanma şəraitinin gözlədiyindən fərqli olduğunu söyləyib.

Anton Milayev kimdir?

Anton Milayev SSRİ-nin keçmiş rəhbəri Leonid Brejnevin övladlığa götürülmüş nəticəsidir. Bu qohumluq Brejnevin qızı Qalina Brejnevanın ilk həyat yoldaşı, sirk artisti Yevgeni Milayevin əvvəlki nikahdan olan övladlarını övladlığa götürməsindən sonra yaranıb. Anton Milayev uzun illər ABŞ-da yaşayıb, daha sonra Rusiyaya qayıdıb və 2025-ci ildə Rusiya ordusu ilə müqavilə bağlayaraq Ukraynaya qarşı müharibəyə göndərilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər